(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeronda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

13-02-2020, 19:40 174 tedbirler

Abşeronda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib


Abşeron Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.

Abşeron RİH-nin əməkdaşı Tofiq Abdullayev tədbirdə çıxış edərək ölkəmizdə son illər səhiyyə sistemində aparılan uğurlu islahatlardan danışıb. O, respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb. Qeyd edib ki, dövlətimizin başçısı tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir mühüm tədbirlər həyata keçirir. Onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır. İcbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və səhiyyədə yeni maliyyələşmə mexanizmini tətbiq etməkdir.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova ölkəmizdə tibb müəssisələrinin inşa və əsaslı təmir olunması, maddi-texniki bazalarının gücləndirilməsi barədə iştirakçılara məlumat verib. Bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olacaq.

Agentliyin əməkdaşı Elvin Abbasov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə çıxış edib. Qeyd olunub ki, sığortaolunanlar sığorta hadisəsi baş verdikdə xidmətlər zərfinin baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək hüququna malikdirlər.

Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.
Abşeronda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

Oxşar xəbərlər

Vəli Axundov

21.05.17 Görkəmli şəxsiyyətləri
Mirəsədulla Mirqasımov

21.05.17 Görkəmli şəxsiyyətləri

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla