(+99412) 342 68 58 info@absheron-hac.az

Mikayıl Ələkbərov

21-05-2017, 14:14 414 Görkəmli şəxsiyyətləri

Mikayıl Ələkbərov


Ələkbərov Mikayıl Məhəmməd oğlu (d.1924 - v.13.10.1943) - Sovet İttifaqı Qəhrəmanı

Abşeron rayonunun Saray kəndində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə könüllü getmişdir.

Hərbi əməliyyatlarda 1943-cü ilin aprelində 81-ci atıcı diviziyası (7-ci ordu) tərkibində kəşfiyyatçı kimi iştirak etmiş və həmin ilin sentyabrın sonunda Dneprin keçilməsində şəxsi igidliyi ilə fərqlənmişdir. Belə ki, kəşfiyyatçı Mikayıl çayı tez keçərək düşmən sahilindən onun müdafiə qüvvəsi haqqında məlumatı öz hissəsinə verməklə hücüm əməliyyatının qələbəsini təmin etmişdir.

Ukraynanın Dnepropetrovsk vilayətinin azad edilməsi uğrunda aparılan döyüşlərdə düşmənin 14 hücumunun dəf edilməsində iştirak edərək, ağır yaralanmış və iki həftə sonra aldığı ağır yaralardan həlak olmuşdur.

Dnepropetrovskda Rudka kəndində dəfn edilmişdir.

Sovet İttifaqı Qəhrəmanı adı ölümdən 12 gün sonra 1943-cü ilin 26 oktayabrında verilmişdir.

Saraydakı və Rudkadakı məktəblərə onun adı verilmişdir.

Oxşar xəbərlər

Vəli Axundov

21.05.17 Görkəmli şəxsiyyətləri
Mehdi Hüseynzadə

21.05.17 Görkəmli şəxsiyyətləri
Əzim Əzimzadə

20.05.17 Görkəmli şəxsiyyətləri
Əliağa Vahid

20.05.17 Görkəmli şəxsiyyətləri

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla