(+99412) 342 68 58 info@absheron-hac.az

Əbülfəs Qarayev

21-05-2017, 14:04 254 Görkəmli şəxsiyyətləri

Əbülfəs Qarayev


Əbülfəs Mürsəl oğlu Qarayev — Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.

Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Abşeron rayonunda anadan olub.

1963-cü ildə 23 saylı orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib.

1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.

1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.

1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, 1985-1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.

1989-1992-ci illərdə - Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb (1992-ci ilin yanvar ayında "1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək "Fəlsəfə elmləri namizədi" elmi dərəcəsi almışdır).

1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992-1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında Baş müəllim olub.

1993-1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir vəzifələrində çalışıb.

1994-2001-ci illərdə Gənclər və İdman Naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm Naziri olub. 2006-cı ildən Mədəniyyət və Turizm Naziridir.

Tələbəlik dövründə müxtəlif seçkili orqanlara seçilmişdir, 1980-1991-ci illərdə Sov. İKP üzvü olmuşdur, Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.

Ailəlidir, bir övladı var.

Oxşar xəbərlər

Vəli Axundov

21.05.17 Görkəmli şəxsiyyətləri
Sabit Orucov

21.05.17 Görkəmli şəxsiyyətləri
Mirəsədulla Mirqasımov

21.05.17 Görkəmli şəxsiyyətləri
Nəbi Xəzri

20.05.17 Görkəmli şəxsiyyətləri
Qara Qarayev

20.05.17 Görkəmli şəxsiyyətləri

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla