(+99412) 342 68 58 info@absheron-hac.az

Xırdalanda“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib

27-04-2018, 14:36 475 xeberler

Xırdalanda“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib

Konfrans iştirakçıları əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar

Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan konfransda Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi və Abşeron rayon üzrə nümayəndəsi, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İlham Manafov çıxış edərək deyib ki, ümummilli lider Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, ulu öndər Heydər Əliyevin qayğısından bəhrələnməsin.Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz və s. bugünkü inkişafı üçün ulu öndərimizə borcludur.

Görkəmli dövlət xadimi Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onlara daim qayğı göstərirdi. Azərbaycanın sənətkarları sovet dövründə məhz ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar.
Azərbaycan müstəqillik qazandıqdan sonra mədəniyyət sahəsində bir müddət çətinliklər yaranmış, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra milli mədəniyyətimizin tərəqqisinə şərait yaradılmışdır.

Ümummilli liderimiz zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Mədəniyyətimizə bu mövqedən yanaşan ulu öndərin sayəsində Azərbaycan musiqisi, rəngkarlığı, xalq sənətkarlığı, kino və teatr sənəti dünya şöhrəti qazanmışdır.
Dahi şəxsiyyət Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan Dövlət Proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.

Daha sonra Abşeron Rayon Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova, Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Arif Vəliyev, , Abşeron rayon Mərkəzi Kitabxanasının direktoru Məlahət Yusifqızı, Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru,əməkdar müəllim İkram Manafov, Qobu uşaq incəsənət məktəbinin direktoru Azər Bayramov, Saray Uşaq İncəsənət Məktəbinin direktoru Anar Nuriyev, Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbinin direktoru Nəcibə Zeynalova, Mehdiabad qəsəbə uşaq musiqi məktəbi Təranə İbrahimova və digərləri çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən, keçdiyi şərəfli mübarizə yolundan danışıblar.
Sonda tədbir iştirakçıları ulu öndərimizin mədəniyyətin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edən sənədli filmə baxıblar.

Oxşar xəbərlər

Mədəniyyət obyektləri

20.05.17 Mədəniyyət müəssisələri

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla