(+99412) 342 68 58 info@absheron-hac.az

Abseronda Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib

27-04-2018, 13:40 413 xeberler

Abseronda Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib


26 aprel 2018-ci il tarixdə YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi.

Tədbirdə Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Qadınlar Şurasının sədri Təyyübə Hüseyinova, rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova və Qadınlar Şurası İdarə Heyətinin üzvləri, rayonun ziyalı qadınları iştirak etdilər.

Anım tədbirində T.Hüseynova çıxış edərək akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə ətraflı məlumat verdi.

Bildirildi ki, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı Azərbaycan tarixinin şərəfli səhifələrini əhatə edir. Ömrü bir xatirəyə çevrilmiş görkəmli akademiki insanlara sevdirən bir çox amillər var ki, ən əsası onun təmənnsız insan olması idi.

Hələ sovet ideologiyasının sərt qanunlarının mövcud olduğu xalqına, millətinə şərəflə, vicdanla xidmət edirdi. O alim kimi elmə verdiyi töhfələri, səmimiliyi, vətəndaşlıq mövqeyi ilə hər zaman insanların qəlbində əbədi yaşamağa layiqdir.

Toplantıda Abşeron RTŞ-nın müdiri Nazilə Məmmədova, Bakı Mühəndislik Universitetinin Qadınlar Şurasının sədri Ətrabə Gül, Abşeron Rayon Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova, Qadınlar Şurasının fəallarından Xatirə Şabanova, Ədalət Camalova, Rəmziyə Heydərova, Taliyyə Mirzəyeva, Cinarə Atayeva, Leyla Bayramova, Təranə İsmayılova Zərifə Əliyevaya həsr olunan geniş məruzələrlə çıxış etdilər. Zərifə xanımın qayğıkeş ana, əsl insan kimi hər bir azərbaycanlı xanıma örnək olduğunu və elmi tədqiqatları ilə Oftolmologiya elmində misilsiz xidməti olduqunu bildirdilər.

Konfransda Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olundu.




[center]Abseronda Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib
Abseronda Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib
Abseronda Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib
Abseronda Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib
Abseronda Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib
Abseronda Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib
Abseronda Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib
Abseronda Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib
Abseronda Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla