(+99412) 342 68 58 info@absheron-hac.az

“Kitablar aləminə səyahət” adı altında bayram şənliyi

26-05-2017, 09:22 324 xeberler, tedbirler

“Kitablar aləminə səyahət” adı altında bayram şənliyi


Xırdalan şəhəri 4 nömrəli tam orta məktəbin 1 “ B “ sinfi Abşeron rayon Heydər Əliyev Mərkəzində mayın 25-i “Kitablar aləminə səyahət” adı altında bayram şənliyi nümayiş etdirdi.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra söz birincilərə verildi.

Həyatlarında ilk dəfə böyük auditoriya qarşısına çıxan birincilər müstəqilliklə bağlı şeirlər və “Azərbaycan ” mahnısını ifa edərək gur alqış sədaları altında tədbirlərinin təntənəli açılışını etdilər.

Daha sonra tədbir iştirakçılarını nağıllar dünyasına səyahət etdirən istedadlı şagirdlər bir- birindən maraqlı səhnələr canlandıraraq qonaqları, sözün həqiqi mənasında, feyziyyab etməyi bacardılar. 9 ay müddətində öyrəndiklərini qüsursuz şəkildə nümayiş etdirən birincilər milli və xarici rəqsləri ilə bayramlarını daha da şənləndirdilər.

Üzərində “Əlifba”nın hərfləri, “Heca”, “Söz”, “Cümlə” yazısı olan libaslar geyinərək Azərbaycan qrammatikasını kiçik səhnə şəklində canlandıran və qüsursuz şəkildə yanıltmaclar söyləyən balacalar məharətli çıxışları ilə sübut etdilər ki, həqiqətən elmin açarı artıq onların əllərindədir.

Tarixi şəxsiyyətlərin, dünya şöhrətli Azərbaycan qadınlarının yaradıcılıq fəaliyyətlərindən qısa şəkildə danışaraq, anaya, müəllimə və xüsusən də vətənə olan sevgilərini misralarla dilə gətirən şagirdlər düşmənə meydan oxuyaraq Şuşaya, Qarabağa dönəcəklərini inamla bəyan etdilər.

Ən vacib işlərini təxirə salıb, övladlarını fəxrlə izləməyə gələn valideyn və müəllim heyəti ilə yanaşı, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Abşeron Rayon Təhsil Şöbəsinin müdir əvəzi Pərviz Əhmədov, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin baş məsləhətşisi və Abşeron rayon üzrə nümayəndəsi İlham Manafov, Abşeron RİH-in əməkdaşı Sevda Ağayeva , Abşeron Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova da balacalara diqqət və məhəbbətini bildirmək üçün qonaq qismində təşrif buyurmuşdular.

F.Cəbrayılov ilk olaraq birinciləri təbrik edib, onlara təhsilin növbəti pillələrində uğurlar arzuladı.

Dövlətimizin Azərbaycan təhsilinə, uşaqlara verdiyi dəyərdən, onlara göstərdiyi qayğıdan danışan F.Cəbrayılov tədbir boyu vətənpərvərlik mövzularına yer verildiyini yüksək qiymətləndirərək, gələcəyimiz olan bu balacaların vətənə sevgisindən zövq aldığını qeyd etdi və tədbirin ərsəyə gəlməsində əməyi olan hərkəsə öz minnətdarlığını bildirdi.

“Kitablar aləminə səyahət” adı altında bayram şənliyi
“Kitablar aləminə səyahət” adı altında bayram şənliyi
“Kitablar aləminə səyahət” adı altında bayram şənliyi
“Kitablar aləminə səyahət” adı altında bayram şənliyi
“Kitablar aləminə səyahət” adı altında bayram şənliyi
“Kitablar aləminə səyahət” adı altında bayram şənliyi
“Kitablar aləminə səyahət” adı altında bayram şənliyi
“Kitablar aləminə səyahət” adı altında bayram şənliyi

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla