(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeronda Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin zona müşavirəsi keçirildi

21-05-2017, 22:58 299 xeberler

Abşeronda Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin zona müşavirəsi keçirildi


Bu gün Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi, Abşeron, Xızı, Zənfilan, Qubadlı və Şuşa rayon nümayəndəklərinin Abşeron rayon Xırdalan şəhər Heydər Əliyev Mərkəzində zona müşavirəsi keçirildi. Qonaqlar tərəfindən Heydər Əliyev Mərkəzində Ümummilli Lİderimizin büstü tər qərənfilər düzərək ziyarət olundu. Möhtəşəm Heydər Əliyev mərkəzi ilə tanışlıq oldu.

Müşavirəni Mədəniyyət və Turiz idarəsinin baş məsləhətşisi və Abşeron rayon üzrə nümayəndəsi İlham Manafov açaraq rayon İcra Hakimiyyəti Başçısı adından qonaqları və müşavirə iştirakçılarını salamladı.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov müşavirədə çıxış edərək «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında» ölkə Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamının icrasının təmin edilməsi, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr, həmkarlar ittifaqı təşkilatı, maliyyə, kadr islahatı, daxili subardinasiya məsələləri, o cümlədən müəssisələrdə aparılan yoxlama işlərinin vəziyyəti, beynəlxalq və yerli müsabiqə və festivalların keçirilməsi, mədəniyyət işçilərinin qarşılıqlı əməkdaşlığı, fəxri adlarla təltifi, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması barədə geniş məlumat verdi.

Mədəniyyət və Turiz idarəsinin baş məsləhətşisi və Şuşa rayon üzrə nümayəndəsi Zahid Abbasovun 60 yaşı münasibətilə təbrik edən Mehman Şükürov yubleyara cansağlığ və işlərində uğurlar arzuladı. Sonra Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi tərəfindən Gülsurə Abbasovanı fəxri ad alması münasibətilə təbrik etdi. Qarşıda duran vəzifələr, görülən və görüləcək işlər barədə geniş söhbət açıldı.

Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan rayonların əməkdaşları qəbul edərək onlarla təkbətək görüşən Mehman Şükürov onların təklif və müraciətlərini dinlədi.

Abşeronda Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin zona müşavirəsi keçirildi

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla