(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeronda Səfərbərlik Xidmətinin 5 illiyi qeyd olunub

21-05-2017, 22:50 305 xeberler

Abşeronda Səfərbərlik Xidmətinin 5 illiyi qeyd olunub


Xırdalanda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının beşinci ildönümü qeyd olunub.

Abşeron rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə hazırlanmış tədbir Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron şöbəsinin rəisi Vüsal Babayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, tərxis olunmuş hərbçilər, orta məktəblərin yuxarı sinif şagirdləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, Qarabağ qaziləri və valideynlər iştirak ediblər.

Yığınçaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yubiley toplantısında sözügedən Dövlət Xidmətinin 5 illik fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Abşeron rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də böyük inkişafın əldə edildiyini vurğulayan başçı rayonda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində görülən işlərdən danışıb. Orta məktəblərdə açıq hərbi dərslərin düzənləndiyini qeyd edən İ.Gülməmmədova şəhid ailələrinə, Qarabağ əlillərinə və veteranlara göstərilən diqqət və qayğıdan söz açıb. Abşeronda şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayan başçı Azərbaycan xalqı diqqəti ordumuzun aprel ayında cəbhədə qazandığı uğurlara yönəldib. Bu döyüşlərin ordumuzun gücünü, xalqda vətənpərvərlik hisslərinin yüksək olduğunu bir daha nümayiş etdirdiyini bildirən başçı aprel döyüşü zamanı Abşerona 4 şəhidin gəldiyini söyləyib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin rəisi polkovnik Vüsal Babayev bildirib ki, bu 5 ildə Xidmətdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib. O qeyd edib ki, ötən qısa müddətdə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.
V.Babayev vurğulayıb ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər görülüb.

Tədbirdə həmçinin çıxış edənlərdən DTX Abşeron rayon şöbəsinin rəisi Rauf Məmmədov, şəhid atası Firuz Xudaverdiyev, Qarabağ vetranı Rəşad Qafarov, Xırdalan şəhər 4 saylı məktəbin hərbi rəhbəri Sabir Şirinov və Qobu 2 saylı məktəbin hərbi rəhbəri Məhəbbət Qasımov ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışa qədərki hazırlığı ilə bağlı mühüm nəticələrin əldə edildiyini diqqətə çatdırıblar.

Bundan sora fəaliyyətində fərqlənən 23 şəxsə fəxri fərmanlar və pul mükafatları verilib.

Sonda Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri konsert proqramı ilə çıxış edib və rayon Mədəniyyət evinin hazırladığı “Əsgər Gedirəm Ana” adlı səhnə nümayiş olunub.

Abşeronda Səfərbərlik Xidmətinin 5 illiyi qeyd olunub
Abşeronda Səfərbərlik Xidmətinin 5 illiyi qeyd olunub

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla