Həştərxan vilayətinin nümayəndə heyəti Abşeron rayonunda səfərdə oldu

Həştərxan vilayətinin nümayəndə heyəti Abşeron rayonunda səfərdə oldu

Həştərxan vilayətinin nümayəndə heyəti Abşeron rayonunda səfərdə oldu

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və onun rəhbərlik etdiyi nümayəndə heyəti 6-8 dekabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olublar. Nümayəndə heyəti səfər çərçivəsində Abşeron rayonunda gələrək, Abşeron Rayon İcra Hakimiyyətində görüş keçirib.
Görüşdən əvvəl nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərəj, məzarı önünə tər güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Dünya şöhrətli müğənni, xalq artisti Müslüm Moqamayevin də xatirəsi anılaraq abidəsi önünə çiçəklər düzülüv. Sonra iştirakçılar Bakı şəhərindəki İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ucaldılan “Qardaşlıq məzarlığlı” əbədi xatirə kompleksini ziyarət edərək və xatirələrini ehtiramla yad ediblər.
RİH-nin binasında baş tutan işgüzar görüşdə Abdin Fərzəliyev qonaqları Xırdalan şəhərində növbəti dəfə salamlamaqdan məmnunluğunu ifadə edərək, Abşeron rayonu ilə Həştərxan vilayəti arasında sıx əməkdaşlığın olduğunu bildirib. Abdin Fərzəliyev Abşeron rayonu haqqında ətraflı məlumat verərək, rayonun kənd təsərrüfatı, iqtisadi və sənaye, o cümlədən turizm potensialından söz açıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində bütün respublikada olduğu kimi Abşeron rayonunda da sənaye və kənd təsərrüfatının dinamik inkişaf etdiyi, yeni iş yerlərinin açıldığı, yaşıl enerjiyə xüsusi diqqət yetirildiyi qeyd edilib.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini bildirən Abdin Fərzəliyev Həştərxan şəhərində də Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunab bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib, ümummilli liderin əziz xatirəsinə göstərilən ehtiram və diqqətə görə minnətdarlığını bildirib.
Yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən qubernator İqor Babuşkin Abşeron rayonu ilə Həştərxan vilayəti arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, iqtisadi əlaqələrin ildən ilə artdığını, onun daha da inkişaf etdirilməsi istiqamətində yeni imkanların mövcudluğunu bildirib. İqor Babuşkin həmçinin 12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ulu Öndərin adını daşıyan parkda abidəsinin ziyarət ediləcəyi, o cümlədən onun adına orta məktəbdə və Azərbaycan İş Mərkəzində anım tədbirlərinin keçiriləcəyini bildirib.
Sonra Xırdalan şəhərindəki Abşeron rayon Mədəniyyət Mərkəzində Həştərxan vilatyətinin tanınmış incəsənət nümayəndələri tərəfindən konsert proqramı təqdim olunub.
Bundan əlavə Həştərxan İş Mərkəzində Həştərxan vilayətində və Abşeron rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı sahəsi üzrə sahibkarlıq subyektlərinin iştirakı ilə “Həştərxan vilayəti-Abşeron rayonu: yeni əməkdaşlıq imkanları” mövzusunda aqrosənaye konfransı keçirilib.
Sonda müzakirələr çay süfrəsi ətrafında davam etdirilib.

A