(+99412) 342 68 58 info@absheron-hac.az

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib

21-05-2017, 22:44 335 xeberler

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 31-də Abşeron rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və Komitəsinin sədri Mübariz Qurbanlı xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra isə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzi ilə tanışlıq gəzintisi olub.

Qəbulda Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının sakinləri, eləcə də bu şəhər və rayonlarda məskunlaşmış Qubadlı və Zəngilan rayonlarından olan məcburi köçkünlər iştirak ediblər. Qəbul Xırdalan şəhər Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbulda vətəndaşlar əsasən dini icmaların dövlət qeydiyyatına alınması, onların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. İyirmi nəfərədək vətəndaşı qəbul edən komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

Məlumat üçün bildirək ki,Heydər Əliyev Mərkəzidə keçirilən qəbulda 21 vətəndaşın müraciətinə baxılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla