(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeronda vətəndaş qəbulları davam etdirilmişdir

1-11-2022, 14:31 15 xeberler

Abşeronda vətəndaş qəbulları davam etdirilmişdir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbullarının keçirilməsi davam etdirilir.

Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Xırdalan şəhərində, Məmmədli kəndi və Ceyranbatan qəsəbəsində keçirilən səyyar qəbullarda RİH-nin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər iştirak etmişlər.

Görüşlərdə Abdin Fərzəliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan qələbədən, işğaldan azad olunan torpaqlarımızda həyata həyata keçirilən quruculuq işlərindən danışmış və Qarabağa həyatın yenidən qayıtdığını bildirmişdir.
Abşeron rayonunun kənd və qəsəbələrinin mövcud problemlərinin dərindən araşdırıldığını, onların həlli istiqamətində layihələrin və təkliflərin hazırlandığını və artıq müvafiq addımların atıldığını vurğulayan RİH başçısı rayonda həyata keçirilən quruculuq-abadlıq işləri barəsində ətraflı məlumat vermişdir.

Sonra çıxış edən sakinlər məişət tullantılarını daşıyan texnikaların sayının artırılmasında, kənd və qəsəbələrdə daxili küçələrin işıqlandırılmasında, məktəb və bağçalarda olan sıxlığın aradan qaldırılması üçün yeni korpusların tikilməsində və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.

Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.

Abşeronda vətəndaş qəbulları davam etdirilmişdir
Abşeronda vətəndaş qəbulları davam etdirilmişdir
Abşeronda vətəndaş qəbulları davam etdirilmişdir
Abşeronda vətəndaş qəbulları davam etdirilmişdir

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla