(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeron rayonunda vətəndaş qəbulları keçirilib

29-04-2022, 19:49 16 xeberler

Abşeron rayonunda vətəndaş qəbulları keçirilib


Abşeron rayonunda vətəndaş qəbulları keçirilib

Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun Aşağı Güzdək qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak etmişdir.

İştirakçılar əvvəlcə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid Məcidov Səbuhi Ağalətif oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yeni inşa olunan abidə bulaq kompleksinin isatifadəyə verilməsi tədbirinə qatılmışlar. Şəhidimizin doğum gününə təsadif edən mərasimdə bildirilmişdir ki, abidə-bulaq kompleksi şəhidin adını daşıyan küçənin əvvəlində inşa olunmuşdur.

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən Müharibəsində şəhidlərimizin keçdiyi döyüş yolundan danışılmış, Səbuhi Məcidovun vətənə göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilmiş, məktəblilər xalqımızın zəfıərinə, vətənpərvərliyə aid şeirlər səsləndirmiş, bədii kompozisiya təqdim edilmişdir.

RİH başçısı Abdin Fərzəliyev daha sonra şəhid ailələri ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanmışdır.

Sonra Aşağı Güzdək qəsəbə tam orta məktəbində baş tutan səyyar qəbulda Abdin Fərzəliyev çıxış edərək bu səpkili görüşlərin mütəmadi olaraq keçirildiyini və sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlər görüldüyünü bildirmişdir.

Daha sonra çıxış edən sakinlər qəsəbənin mərkəzi prospektinin yenidən qurulmasına, asfalt örtüyünün yenilənməsinə və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə etmişlər. Sakinlər qəsəbənin yeni yaşayış massivlərində məktəb və bağça binalarının inşa olunmasında, parkın yaradılmasında, qəzalı vəziyyətində olan qəsəbə məscidinin sökülüb yenidən tikilməsində, stadionun təmir olunmasında və idman zallarının yaradılmasında, daxili küçələrin işqlandırılmasında köməklik göstərilməsini xahiş etmişlər.

Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətində ənənəvi vətəndaş qəbulu keçirilmişdir. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak etmişdir.

Tədbirdə sakinlər rayon ərasisində bəzi küçələrə şəhidlərin adlarının verilməsində, işə düzəlməkdə, kənd və qəsəbələrdə daxili küçələrin abadlaşdırlmasında və eləcə də digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.

Sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunuş, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.

Abşeron rayonunda vətəndaş qəbulları keçirilib
Abşeron rayonunda vətəndaş qəbulları keçirilib
Abşeron rayonunda vətəndaş qəbulları keçirilib
Abşeron rayonunda vətəndaş qəbulları keçirilib
Abşeron rayonunda vətəndaş qəbulları keçirilib

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla