(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilmişdir

28-03-2022, 16:46 56 xeberler

Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilmişdir[/center

Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilmişdir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbə qazandığımız 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn Abşeronlu şəhidlərin ailələri Novruz bayramı günlərində ziyarət olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP Abşeron Rayon Təşkilatının sədri ilə birgə rayon ərazisində yaşayan şəhid ailələrinə baş çəkərək onların qayğıları və problemləri ilə maraqlanmışlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid mayor Həsənov Elşad Paşa oğlunun, “Vətən uğrunda”, “Xocəvəndin azad olunmasına görə” medallarına layiq görülən Musayev Vüsal Zakir oğlunun, “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunan Ağakişiyev Nurlan Etibar oğlunun, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Heydərov Qadir Ədalət oğlunun, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən Allahverdiyev Babək Bəxtiyar oğlunun əvvəllər yaşadıqları evlərə gedilmiş, igidlərimizin göstərdiyi şücaətlərdən, Azərbaycanın döyüş meydanında qazandığı qələbədən, regionda gedən siyasi proseslərdən, respublikamızda olan sabitlikdən söz açılmış, ölkəmizdə həyata keçirilən ordu quruculuğundan və Silahlı Qüvvələrimizin qarşıya qoyulmuş vəzifələrə çatmaq gücündə olması qeyd edilmişdir.

RİH başçısı Abdin Fərzəliyev və rayonun hüquq mühafizə orqanları ilə birgə daha sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülən şəhid kapitan Quliyev Hətəmxan Məti oğlunun anadan olmasının 32-ci ili ilə əlaqədar Fəxri Xiyabandakı məzarı ziyarət edilmiş, tər çiçəklər düzüərək xatirəsi ehtiramla yad olunmuşdur.

Daha sonra şəhidin əvvəllər yaşadığı Saray qəsəbəsindəki evinə gedilərək ailəsinin qayğıları və problermləri ilə maraqlanılmışdır.
Bundan başqa RİH başçısı Abdin Fərzəliyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid kapitan Xəlilov Ruhin Müzəffər oğlunun qızı Melisa Xəlilovanın doğum günü ilə əlaqədar onların evlərində olmuş, onu təbrik edərək ailənin qayğıları ilə maraqlanmışdır.

Şəhid atası Müzəffər Xəlilovun müraciəti əsasında onların yaşadığı məhəllədə yerləşən “Xeyir-şər Evi” təmir edilmiş və lazimi avadanlıqla təmin edildiyi vurğulanmışdır.

Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini, bu qayğını da həyatlarının hər bir anında hiss etdiklərini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

[center]Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilmişdir
Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilmişdir
Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilmişdir
Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilmişdir
Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilmişdir
Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilmişdir
Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilmişdir

Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilmişdir
Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilmişdir

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla