(+99412) 342 68 58 info@absheron-hac.az

Abdin Fərzəliyev Ceyranbatan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət etdi, qəsəbə ağsaqqalları ilə görüşdü

31-01-2022, 00:00 47 xeberler

Abdin Fərzəliyev Ceyranbatan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət etdi, qəsəbə ağsaqqalları ilə görüşdü


Abdin Fərzəliyev Ceyranbatan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət etdi, qəsəbə ağsaqqalları ilə görüşdü
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun Ceyranbatan qəsəbəsində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək, üzərinə tər güllər qoymuş, onların xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.
Şəhidlərimizin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilmiş və onlar heç bir zaman unudulmayacaqdır. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm işlərin görüldüyünü vurğulayan RİH başçısı onların ailələrinin qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini bildirmişdir.
Şəhid ailələri də öz növbələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət və qayğılarını hiss etdiklərini deyərək Ali Baş Komandana və hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra qəsəbədəki Şəhidlər Abidəsi ziyarət olunaraq vətənimizin bütövlüyü uğrunda canından keçən igidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.
Bundan sonra RİH başçısı Ceyranbatan Parkını gəzərək qəsəbə ağsaqqalları ilə görüşmüş, qəsəbənin problemləri, görülməsi vacib olan işlərlə maraqlanmışdır. Abdin Fərzəliyev parkda abadlıq işlərin aparılmasının vacibliyini qeyd edərək müvafiq strukturlara aidiyyatı üzrə tapşırıqlar vermişdir.
Daha sonra Ceyranbatan Folklor Evi və Ceyranbatan Uşaq Musiqi Məktəbinə baş çəkərək görülən işlər və yaradılan şəraitlə tanış olmuşdur.
Abdin Fərzəliyev eyni zamanda Ceyranbatan qəsəbə Tibb Məntəqəsinə gələrək burada həyata keçirilən vaksinasiya prosesini izləmişdir.


Abdin Fərzəliyev Ceyranbatan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət etdi, qəsəbə ağsaqqalları ilə görüşdü
Abdin Fərzəliyev Ceyranbatan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət etdi, qəsəbə ağsaqqalları ilə görüşdü
Abdin Fərzəliyev Ceyranbatan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət etdi, qəsəbə ağsaqqalları ilə görüşdü
Abdin Fərzəliyev Ceyranbatan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət etdi, qəsəbə ağsaqqalları ilə görüşdü
Abdin Fərzəliyev Ceyranbatan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət etdi, qəsəbə ağsaqqalları ilə görüşdü
Abdin Fərzəliyev Ceyranbatan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət etdi, qəsəbə ağsaqqalları ilə görüşdü
Abdin Fərzəliyev Ceyranbatan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət etdi, qəsəbə ağsaqqalları ilə görüşdü
Abdin Fərzəliyev Ceyranbatan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət etdi, qəsəbə ağsaqqalları ilə görüşdü

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla