(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev şəhid mayor, pilot Həsənov Elmir Mircəlil oğlunun əvvəllər yaşadığı evə gedərək, onun qızının doğum günündə iştirak edib.

19-03-2022, 00:00 83 xeberler

Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev şəhid mayor, pilot Həsənov Elmir Mircəlil oğlunun əvvəllər yaşadığı evə gedərək, onun qızının doğum günündə iştirak edib.


Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev “Qüsursuz xidmətə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülən şəhid mayor, pilot Həsənov Elmir Mircəlil oğlunun əvvəllər yaşadığı evə gedərək, onun qızının doğum günündə iştirak edib.
AZƏRTAC xəbər verir ki, RİH başçısı şəhidin qızı Elay Həsənlini 9 yaşı olması münasibətilə təbrik edərək ailənin qayğıları ilə maraqlanıb, onlara hər cür lazımi dəstəyin bundan sonra da daimi olaraq göstəriləcəyini bildirib.
Şəhid ailəsi də öz növbəsində dövlət tərəfindən onlara daimi diqqət və qayğının göstərildiyini vurğulayaraq, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla