(+99412) 342 68 58 info@absheron-hac.az

Arzu Rəhimov Xırdalanda vətəndaşların səyyar qəbulunu keçirib

20-05-2017, 15:40 253 xeberler

Arzu Rəhimov Xırdalanda vətəndaşların səyyar qəbulunu keçirib


Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Abşeron rayonunda vətəndaşların səyyar qəbulunu keçirib.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan qəbuldan əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və Arzu Rəhimov Ulu Öndərin abidəsinə ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Sonra Heydər Əliyev Mərkəzində tanışlıq gəzintisi həyata keçirilib.

Bundan sonra vətəndaşların qəbulu başlayıb. Qəbulda Sumqayıt, Abşeron və Qubadlı sakinləri iştirak ediblər.
Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə qəbul və ya həqiqi hərbi xidmətlə bağlı olub. Qəbul çərçivəsində hərbi xidmətə gedəcək gənclərin xidmət ərazilərini öncədən öyrənmək, çağırışçının yenidən tibbi müayinəyə cəlbi kimi müraciətlər də dinlənilib.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Arzu Rəhimov Xırdalanda vətəndaşların səyyar qəbulunu keçirib
Arzu Rəhimov Xırdalanda vətəndaşların səyyar qəbulunu keçirib
Arzu Rəhimov Xırdalanda vətəndaşların səyyar qəbulunu keçirib

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla