(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeronda “ Media və Zaman “ verilişinin növbəti çəkilişi baş tutub

20-05-2017, 15:16 261 xeberler

Abşeronda “ Media və Zaman “ verilişinin növbəti çəkilişi baş tutub


İyunun 8-də Abşeron rayon Heydər Əliyev Mərkəzində Qurtuluş günü ərəfəsində "Qayıdışdan Qurtuluşa" mövzususunda dəyirmi masa keçirilib.

Heydər Əliyev ideyalarının, onun siyasi irsinin tədqiqi və təbliğində böyük təcrübələri, danılmaz xidmətləri olan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin səhiyyə komitəsinin sədri,akademik Əhliman Əmiraslanov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Professor Eldar İbrahimov, Milli Məclisin deputatı, yazıçı-dramaturq, professor Hüseynbala Mirələmov və Mətbuat Şurası İdarə Heyyətinin üzvü və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak ediblər.

Qurtuluş günü ərəfəsində Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən və sayca beşinçi olan budəfəki verilişin mövzusu “Qayıdışdan Qurtuluşa” olub.
Verilişin çəkilişlərindən önçə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və qonaqlar Heydər Əliyevin Xırdalan şəhərində olan abidəsini ziyarət edərək, büstü önünə gül dəstələri qoyublar.
Daha sonra qonaqlar dahi siyasətçinin Xırdalan şəhərində olan Muzeyini ziyarət edərək, onun həyat və yaradıcılığını əks etdirən fotostendlərə baxış keçiriblər.

Qonaqlar Azərbaycanın memarlıq inciləri sırasında olan və Abşeronun müasir simvoluna çevrilən Heydər Əliyev Mərkəzinin binası, onun arxitektura özəllikləri barədə məlumatlandırılıblar. Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqlarda dərin təəssüratlar yaradıb.

Daha sonra Abşeron rayon Heydər Əliyev Mərkəzində , İctimai TV-də iyunun 15-də efirə gedəcək Media və Zaman verilişinin çəkilişləri baş tutub.

Qeyd edək ki,verilişin müəllifi və aparıçısı əməkdar jurnalist Xalid Niyazovdur.

Abşeronda “ Media və Zaman “ verilişinin növbəti çəkilişi baş tutub
Abşeronda “ Media və Zaman “ verilişinin növbəti çəkilişi baş tutub
Abşeronda “ Media və Zaman “ verilişinin növbəti çəkilişi baş tutub
Abşeronda “ Media və Zaman “ verilişinin növbəti çəkilişi baş tutub
Abşeronda “ Media və Zaman “ verilişinin növbəti çəkilişi baş tutub
Abşeronda “ Media və Zaman “ verilişinin növbəti çəkilişi baş tutub
Abşeronda “ Media və Zaman “ verilişinin növbəti çəkilişi baş tutub

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla