(+99412) 342 68 58 info@absheron-hac.az

Sosial tərəfdaşların iştirakı ilə Abşeron rayonunda dəyirmi masa təşkil edilib.

3-11-2016, 14:57 420 xeberler, tedbirler

Sosial tərəfdaşların iştirakı ilə Abşeron rayonunda dəyirmi masa təşkil edilib.


İşaxtaran vətəndaşların işlə təmin edilməsində işəgötürənlərin iştirakı xüsusi önəm təşkil edir. Bununla əlaqədar Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron RİH-nin dəstəyi ilə rayon Məşğulluq Mərkəzi tərəfindən işə götürən müəssisə və təşkilat nümayəndələrinin iştirakı ilə dəyirmi masa kecirilib.

Toplantıda Abşeron RİH-nin ,Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin,Həmkarlar İttifaqları təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əhalinin məşğulluğunun təmin edilməsində hüquqi və fiziki şəxslərin rolu ətraflı müzakirə edilib,mövcud vəziyyət təhlil olunmaqla qarşıda duran məsələlər müzakirə olunub.

Tədbir iştirakçıları boş iş yerləri haqqında tam və düzgün məlumatların vaxtında Məşğulluq Xidməti orqanlarına təqdim etməklə, işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təmin olunmasında və əmək bazarında tələb olunan kadrların seçilməsi imkanının əldə edilməsi üçün yerli məşğulluq mərkəzləri ilə işəgötürənlər arasında sıx əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini qeyd ediblər.

Mövzu aktual olduğu üçün geniş müzakirələrə səbəb olub, vaxtaşırı belə tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla