(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeron rayonunda xüsusi karantin rejiminin tələblərinin icrası videomüşavirədə müzakirə olunub

18-04-2020, 17:40 384 xeberler

Abşeron rayonunda xüsusi karantin rejiminin tələblərinin icrası videomüşavirədə müzakirə olunub

Abşeron rayonunda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə inzibati ərazi dairə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə videomüşavirə keçirilib. Müşavirədə dünyada sürətlə yayılan koronavirus (COVID-19) pandemiyasından rayon sakinlərinin qorunması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.

Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək, respublikada koronavirus pandemiyasına qarşı ölkə rəhbərliyi tərəfindən aparılan işlər barədə məlumat verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan yeni iş yerləri haqqında danışan icra başçısı bildirib ki, respublikanın bütün bölgələrində olduğu kimi, Abşeron rayonunda da işsiz sakinlər işlə təmin olunacaq.

Abşeronda bununla bağlı 1900 yeni iş yerinin yaradıldığını və bu iş yerlərinin 250 manat əməkhaqqı ilə 2 ay müddəti üçün nəzərdə tutulduğunu qeyd edən İ.Gülməmmədova əhalinin işsiz təbəqəsi üçün ayrılan 190 manat məbləğində birdəfəlik yardımla bağlı da məlumat verib. O, bu günə qədər rayon üzrə mindən çox sakinin işsiz kimi qeydiyyatdan keçdiyini və xüsusi karantin dövrü başlayandan rayon ərazisində 6000-dən çox ahıl, aztəminatlı sakinin gündəlik ərzaq malları ilə təmin edildiyini diqqətə çatdırıb. İcra başçısı kənd və qəsəbələrdə bundan sonra da imkansız ailələrin qeydiyyatının aparılmasının və onların da ərzaq yardımları ilə təmin edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, rayon üzrə 65 yaşından yuxarı 179 nəfər kimsəsiz, tənha ahıl qeydiyyata götürülüb və onlara gündəlik sosial xidmət göstərilir.

Abşeron rayonunda xüsusi karantin rejiminin tələblərinin icrası videomüşavirədə müzakirə olunub
Abşeron rayonunda xüsusi karantin rejiminin tələblərinin icrası videomüşavirədə müzakirə olunub
Abşeron rayonunda xüsusi karantin rejiminin tələblərinin icrası videomüşavirədə müzakirə olunub
Abşeron rayonunda xüsusi karantin rejiminin tələblərinin icrası videomüşavirədə müzakirə olunub

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla