(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar

28-03-2020, 19:57 562 xeberler

Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar

Abşeron rayonunda koronavirus (COVID-19) pandemiyası ilə bağlı yarana biləcək təhlükənin aradan qaldırılması üçün həyata keçirilən profilaktik tədbirlər genişləndirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayonda sosial izolyasiya istiqamətində mühüm addımlar atılır.
Hazırda Abşeron rayonunda epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı, qabaqlayıcı tədbirlərin görülməsi diqqət mərkəzindədir. Belə ki, rayonda xəstəliyin yayılmasının qarşının alınması, əhalinin mütəmadi olaraq məlumatlandırılması və əsassız dezinformasiyanın qarşısının alınması məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı yanında operativ qərargah yaradılıb, sakinlər arasında geniş maarifləndirmə işlərinin aparılması davam etdirilir.
Bütün ölkədə olduğu kimi, Abşeron rayonunda da təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra bütün ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında, mədəniyyət və tibb müəssisələrində yoluxucu xəstəliyin profilaktikası məqsədilə kütləvi dezinfeksiya işlərinin aparılması təmin edilib.
Bununla yanaşı, rayonun operativ qərargahının tərtib etdiyi qrafik əsasında Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Xırdalan şəhəri də daxil olmaqla Abşeronda kənd və qəsəbələrin küçə və prospektləri, parkları, binaların həyətləri, bloklar və liftlər mütəmadi olaraq dezinfeksiya edilir.
Rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən rayon ərazisində yerləşən məcburi köçkünlər üçün salınmış Zəngilan, Gənclər və Qaranat şəhərcikləridə koronavirusa qarşı dezinfeksiya olunub.
Rayonun mərkəzi bazarında, avtovağzalında, ictimai iaşə və ticarət obyektlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dükanların qarşısında, dayanacaqlarda, bir sözlə, insanların toplaşdığı bütün yerlərdə tibbi-profilaktik və dezinfeksiya tədbirləri gündəlik olaraq aparılır.
Maarifləndirmə işlərinin səmərəliliyini daha da artırmaq məqsədilə səsgücləndirici qurğular quraşdırılmış xüsusi avtomobillər vasitəsilə sakinlər arasında təbliğat aparılır, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri sakinlərə çatdırılır. Bununla bərabər, rayon icra hakimiyyətinin rəsmi “Facebook” səhifəsində və internet resurslarında “evdə qal, həyatını xilas et!” devizi altında çağırışlar edilib.
Abşeronlu könüllülər tərəfindən sakinlərə bukletlər paylanılıb, müxtəlif yerlərdə elanlar yapışdırılıb. Eləcə də kənd və qəsəbələrin icra nümayəndəliklərinin, könüllülərin iştirakı ilə ahılların evdən çıxmadan ərzaq və dərman preparatları ilə təmin olunması həyata keçirilir.

Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatı işçilərindən, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdən, bələdiyyələrdən, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və polis əməkdaşlarından ibarət yaradılmış mobil qruplar ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işini həyata keçirirlər.

Çevik Polis Alayı əməkdaşları rayonun müxtəlif ərazilərində səsgücləndirici ilə insanları maarifləndirir, çölə çıxmamağa çağırır. DİN əməkdaşları sakinlərdən 10 nəfərdən artıq adamın bir yerə toplaşmamağını, yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması və qoyulan qayda-qanunlara əməl etmələrini xahiş ediblər.

Qeyd edək ki, gündəlik olaraq rayon üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib və gücləndirilmiş iş rejiminə keçirilib.

Oxşar xəbərlər

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla