(+99412) 342 68 58 info@absheron-hac.az

Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir

26-03-2020, 00:00 336 xeberler

Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir



Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycan ərazisində də koronavirus (COVID-19) infeksiyasında yoluxan insanlar müşahidə edilməkdədir. Ölkəmizdə bu virusa tutulanların sayı digər respublikalarla müqayisədə kifayət qədər azdır. Dövlətin bu istiqamətdə həyata keçirdiyi önləyici tədbirlər sözügedən virusun geniş miqyasda yayılmasının qarşısını almaqdadır.

Abşeron rayonu ərazisində pandemiyası ilə əlaqədar baş verəbiləcək yoluxma hallarının qarşısının alınması məqsədi ilə bu gün də maarifləndirmə, təbliğat və dezinfeksiya tədbirləri davam etdirilib. Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tətbiq etdiyi qrafikə uyğun olaraq kənd və qəsəbələrdə təxirəsalınmaz sosial izolyasiya istiqamətində işlər görülür. Gigiyena və Epidemilogiya Mərkəzi tərəfindən rayonda prospektlər, küçələr, park və insanların kütləvi toplaşa biləcəyi bütün yerlər mütəmadi olaraq dezinfeksiya olunur.

Səsgücləndirici qurğular quraşdırılmış xüsusi avtomobillər vasitəsi ilə Rayonun həm Xırdalan şəhəri, həm də Pirəkəşkül-Qobustan da daxil olmaqla digər kənd və qəsəbələrdə maarifləndirmə tədbirləri həyata keçirilib, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri sakinlərin diqqətinə çatdırılıb
Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir
Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir
Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir
Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir
Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir
Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla