(+99412) 342 68 58 info@absheron-hac.az

İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü

14-02-2020, 15:42 187 xeberler

İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü


Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və Prezident Administrasiyasının məsul işçilərinin birgə iştirakı ilə vətəndaşlarla fərdi qaydada qəbul-görüş həyata keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdə səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və bütün rayonu əhatə edəcək 60-a yaxın sakin iştirak edib.

Ölkəmizdə aparılan quruculuq işlərindən, əldə edilən iqtisadi inkişaf haqqında ətaflı məlumat verən İ.Gülməmmədova rayon əhalisinin surətlə artdığını qeyd edib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Abşeron RİH-i tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mütəmadi səyyar qəbulları keçirilir.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib və müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Qaldırılan digər məsələlər üzrə aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Sakinlər vətəndaşların qəbulu ilə bağlı Azərbaycan Prezidentinin göstərdiyi qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü
İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü
İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü
İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü
İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü
İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü
İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü
İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla