(+99412) 342 68 58 info@absheron-hac.az

İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu – FOTOLAR

12-02-2020, 13:58 224 xeberler

İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu – FOTOLAR


Azərbaycanın hər yerində olduğu kimi Abşeron rayonunda vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür.
Bu baxımdan cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Xırdalan şəhərinin 5,1 kilometr uzunluğu olan Heydər Əliyev prospekti yenidən qurulur.
Xanım başçı şəhərin bir sıra ərazilərinə baş çəkib. İcra başçısı əvvəlcə Heydər Əliyev prospektində görülən işlərlə maraqlanıb. Burada rayon rəhbərinə məlumat verərək bildirilib ki, prospektin 2700 metri 4 hərəkət zolaqlıdır. Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı yenisi ilə əvəzlənir, yolun hərəkət hissəsi genişləndirilir, piyada səkiləri yenidən qurulur, zəruri olan yerlərdə yeni piyada səkiləri tikilir, kənarlarına isə yeni səki daşları düzülür.

Prospektdə işlər kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
İ.Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə ətraflı tanış olduqdan sonra yolun təmirinin keyfiyyətli aparılmasına dair bir sıra tapşırıqlar verib.

Daha sonra İ.Gülməmmədova adı çəkilən prospektdə sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə yerində tanış olub. Sakinləri dinləyən rayon rəhbəri mövcud problemləri araşdıraraq aradan qaldırlması üçün aidiyyatı qurumlara tapşırıqlar verib.
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu – FOTOLAR
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu – FOTOLAR
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu – FOTOLAR
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu – FOTOLAR
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu – FOTOLAR
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu – FOTOLAR
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu – FOTOLAR
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu – FOTOLAR

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla