(+99412) 342 68 58 info@absheron-hac.az

Nazir müavini Abşeronda vətəndaşları qəbul edib

27-01-2020, 19:01 218 xeberler

Nazir müavini Abşeronda vətəndaşları qəbul edib




Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci il vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev Abşeron rayon Heydər Əliyev Mərkəzində rayon vətəndaşlarını qəbul edib.
Qəbuldan öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və nazir müavini Əli Abdullayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Bundan sonra baş tutan qəbulda nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Bir sıra müraciətlər yerindəcə öz müsbət həllini tapıb, araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Nazir müavini Abşeronda vətəndaşları qəbul edib
Nazir müavini Abşeronda vətəndaşları qəbul edib
Nazir müavini Abşeronda vətəndaşları qəbul edib

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla