(+99412) 342 68 58 info@absheron-hac.az

Rövşən Rzayev Abşeron rayonunda vətəndaşları qəbul etdi

20-12-2019, 12:44 183 xeberler

Rövşən Rzayev Abşeron rayonunda vətəndaşları qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dekabrın 20-də Abşeron rayonunda məcburi köçkünləri qəbul edib.

Qəbuldan əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və komitə sədri Rövşən Rzayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Abşeron rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib.

Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.

Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.

Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Rövşən Rzayev Abşeron rayonunda vətəndaşları qəbul etdi
Rövşən Rzayev Abşeron rayonunda vətəndaşları qəbul etdi
Rövşən Rzayev Abşeron rayonunda vətəndaşları qəbul etdi

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla