(+99412) 342 68 58 info@absheron-hac.az

Sahil Babayev Abşeronda vətəndaşlarla görüşdü

13-12-2019, 16:20 223 xeberler

Sahil Babayev Abşeronda vətəndaşlarla görüşdü


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Abşeron rayonunda vətəndaşları fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və S.Babayev Ümummilli lider Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Vətəndaşlarla görüşündə S.Babayev ölkəmizdə aparılan sosial siyasətin nailiyyətləri, vətəndaş rifahının təminatı istiqamətində atılan addımları diqqətə çatdırıb. Müavinət və təqaüdlərin, minimum pensiyanın, əmək haqlarının artırıldığını, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirildiyini vurğulayıb.

Qəbul zamanı vətəndaşların məşğulluğun təmin olunması, özünüməşğulluq proqramına cəlb edilmə, əlillik, reabilitasiya və sosial xidmətlər, pensiya, sosial müavinət, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Hər bir müraciət nazirliyin aidyyəti struktur bölmələrinin rəhbər şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandıılıb. Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Bir sıra şəxslərə Abşeron rayonu üzrə əmək bacarıqlarına uyğun münasib iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı vətəndaşların özünüməşğulluq proqramına, peşə hazırlığına, reabilitasiya və sosial xidmətlərə cəlb edilməsi üçün onların qeydiyyatı aparılıb. Vətəndaşlardan bir qisminə isə müraciətlərində ifadə olunan məsələlərə dair hüquqi izahatlar verilib.

S.Babayev həmçinin Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbərliyi və üzvləri ilə görüşüb. Federasiyanın uğurları barədə məlumat verilib. Heydər Əliyev Fondu tərəfindən Federasiyaya daimi dəstək verildiyi vurğulanıb. Nazir əlilliyi olan idmançılardan ibarət futbol komandalarının üzvlərinin uğurlarının qürurverici olduğunu deyib, Federasiyaya yeni-yeni uğurlar arzulayıb.
Sahil Babayev Abşeronda vətəndaşlarla görüşdü
Sahil Babayev Abşeronda vətəndaşlarla görüşdü
Sahil Babayev Abşeronda vətəndaşlarla görüşdü
Sahil Babayev Abşeronda vətəndaşlarla görüşdü
Sahil Babayev Abşeronda vətəndaşlarla görüşdü

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla