(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeronlu şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası ilə səfərə çıxdı

29-11-2019, 15:40 185 xeberler

Abşeronlu şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası ilə səfərə çıxdı


Bu gün Xırdalanda yerləşən Heydər Əliyev Parkında “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək Abşeronlu şagirdlərin yolasalma mərasimi keçirilib. Yolasalmada rayon İcra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov, Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, müəllimlər, valideynlər və KİV nümayəndələri iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən Abşeron RİH başçısının müavini F.Cəbrayılov Abşeron rayonunda görülən işlərdən, aparılan quruculuq-abadlıq işləri haqqında ətraflı məlumat verib. Rayonun tarixindən, maddi-mədəni abidələrindən söz açan başçının müavini şagirdlərə öz tövsiyələrini verib.

Bildirilib ki, Abşeronda fəaliyyət göstərən bütün məktəbləri təmsil edən 40 şagird 4 gün ərzində Qəbələ-Şəki-Zaqatala rayonlarında səfərdə olacaqlar. Səfər çərçivəsində adıçəkilən rayonlarda tarixi abidələri gəzəcək, oranın adət-ənənələrini öyrənəcək, mətbəxindən dadacaqlar.
Abşeronlu şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası ilə səfərə çıxdı
Abşeronlu şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası ilə səfərə çıxdı
Abşeronlu şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası ilə səfərə çıxdı
Abşeronlu şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası ilə səfərə çıxdı

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla