(+99412) 342 68 58 info@absheron-hac.az

Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib

20-09-2019, 17:01 187 xeberler

Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib


Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 20-də Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Abşeron rayon sakinlərini qəbul edib.
Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və nazir Azad Rəhimov Xırdalan şəhərinin mərkəzindəki Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər
Qəbuldan öncə nazir Azad Rəhimov Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının yığma komandası ilə görüşüb. Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının prezidenti Rövşən Quliyev, nazir Azad Rəhimova məlumat verib ki, Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının yığma komandası Polşada 7 ölkənin Amputant yığma komandasının iştirak etdiyi "2019 Amputant Futbol Kamp"ında təmsil olunub və uğurlu nəticə əldə edib.Yığma komanda həmçinin ukraynada da yoldaşlıq oyunu keçirib Oyundan sonra ukrayna prezidentinin köməkçisi və Azərbaycanın Ukraynadakı səfiri Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının yığma komandası ilə görüşüblər.
Daha sonra isə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.
Ümumilikdə 20-yə yaxın sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri və iş ilə təminatla bağlı olub.
Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı istiqamətində olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib
Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla