(+99412) 342 68 58 info@absheron-hac.az

İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü

1-04-2019, 15:50 420 xeberler

İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü

Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Xırdalan şəhər sakinləri ilə görüşü keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak edib.

Abşeronda görülən işlərdən, rayonundakı yeniliklərdən danışan İ.Gülməmmədova qeyd edib ki, Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Şəhərin inkişafı, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastrukturun tələbatı qarşılamadığını, yeni sistemlər qurulduqdan sonra yaşanan bəzi problemlərin tamamilə həll olunacağını vurğulayan başçı artıq nəzərdə tutulan işlərin böyük bir qisminin görüldüyünü söyləyib. O əlavə edib ki, Xırdalanda su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra şəhərin, demək olar ki, bütün avtomobil yollarının, prospekt və küçələrinin asvalt örtüyü yenilənəcək.

Sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov və Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov hesabat xarakterli çıxış ediblər.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, küçələrin abadlaşdırılması və digər məsələlər barədə olub.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla