(+99412) 342 68 58 info@absheron-hac.az

İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü

21-01-2019, 17:20 319 xeberler

İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü


Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Abşeron rayonunda daim diqqət mərkəzində saxlanılır. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Növbəti belə səyyar-qəbul yanvarın 21-də Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Xırdalan şəhər sakinləri ilə keçirilib.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri vəXırdalan şəhər sakinləri iştirak edib.
Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini vurğulayan İ.Gülməmmədov səyyar-qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.

Son illərdə Abşeron rayonunda baş verən yeniliklərdən danışan icra başçısı onu da bildirib ki, 2006-cı ildə şəhər statusu almış Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Çünki son dövrlər Xırdalan şəhərinin inkişafı, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastruktur tələbatı qarşılamaq iqtidarında deyildi.

Şəhərin tarixində ən böyük sosial infrastruktur layihəsi olan içməli su xətti və kanalizasiya sisteminin yenidən qurulması işlərindən danışan xanım başçı qeyd edib ki, layihəyə əsasən, Xırdalanda su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra şəhərin, demək olar ki, bütün avtomobil yollarının, prospekt və küçələrinin asvalt örtüyü yenilənəcək.

Sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov çıxış edərək Xırdalanda ötən bir il ərzində görülən işlər haqqında məlumat verib.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, küçələrin abadlaşdırılması və digər məsələlər barədə olub.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü
İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü
İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü
İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü
İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü
İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü
İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla