(+99412) 342 68 58 info@absheron-hac.az

Hicran Hüseynova Abşeron rayonunda vətəndaşları qəbul edib

15-10-2018, 00:00 377 xeberler

Hicran Hüseynova Abşeron rayonunda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oktyabrın 15-də Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt, Qubadlı, Şuşa, Zəngilan və Abşeron rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və Komitə sədri Hicran Hüseynova ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaratdığı problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruzqalma və digər bu kimi məsələlərlə bağlı müraciətlərə baxılıb.

Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Qəbula gələn sakinlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbul zamanı 15 vətəndaşın problemləri dinlənilib və təklifləri qəbul olunub

Oxşar xəbərlər

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla