(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeronda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.

17-05-2018, 10:44 289 xeberler

Abşeronda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.

Yığıncaqda Assosiasiya üzv olan 141 qəsəbə bələdiyyəsindən və Naxçıvan MR Qəsəbə Bələdiyyələrinin Assosiasiyandan seçilmiş nümayəndələr iştirak edib.Yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələrinin milli Assosiasiyasının 2017-ci ildə fəaliyyəti haqqında hesabatı, nəzarət-təftiş komissiyasının hesabatı və milli Assosiasiyasının 2018-ci il üçün büdcəsi haqqında məsələləri müazkirə edilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda tədbiri giriş sözü ilə açan Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov bildirdi ki,ölkədə uğurla davam etdirilən dövlət siyasəti,bələdiyyə orqanlarının ictiami-siyasi həyatımıza daha yaxından inteqrasiya olunmasına səbəb olub,vətəndaşların yerli özünüidarəetmə fəallığı artıb.

Hesabat məruzəsini ilə çıxş edən Hümbət Hüseynov qeyd etdi ki, ötən dövrdə yerli əhəmiyyətli infrastruktur layihələrini uğurla icra ediblər. Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyaların “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 2017-ci il ərzində 141 qəsəbə bələdiyyəsi tərəfindən 19 istiqamət üzrə 610 layihə üzrə 3 milyon 644 min 060 manatlıq layihələr icra olunub.Cari ildə isə 3 milyon 771 min 520 manat dəyərində 658 layihənin icrası nəzərdə tutulur ki, buda 2017-ci illə müqayisədə 127 min 460 manat və ya 8 faiz daha çox layihənin icrası deməkdir. H.Hüseynov bələdiyyələrin qabaqcıl ölkələrin təcrübəsindən yararlandığını və özünü maliyyələşdirmə ilə bağlı heç bir problem olmadığını bildirdi.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin sədri Zahir Əlizadə vurğulayıb ki,qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri ona hesablanıb ki,bələdiyyələrimiz müasir dövrün çağırşlarına daha yaxından inteqrasiya olunsun,ərazidə prioritet seçilən sosial məsələlər daha tez həllini tapsın.

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvləri,millət vəkilləri Rüstəm Xəlilov və Kamran Bayramov Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının fəaliyyətini qənaətbəxş qiymətləndirib.

Bildirilib ki, Milli Məclisin Regional Məsələlər Komitəsi,Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi eləcə də ölkədə QHT sektoru ilə qarşılıqlı faydalı əlaqələri davam etdirilib,qanunvericilik bazası təkmilləşdirilib.Yığıncaqda özünüidarəetmə orqanlarının uğurlu fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər qaldırdı. Konstruktiv və işgüzar şəraitdə keçən ümumi yığıncaqda bələdiyyələrlə dövlət hakimiyyəti orqanlarının qarşılıqlı münasibətlərinin tənzimlənməsi ilə əlaqədar bir sıra aktual məsələlər müzakirə olundu,görülmüş və görüləcək işlər ətraflı təhlil edildi.

Sonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi, bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov qəsəbə bələdiyyələrinin fəallığının artırılmasının vacibliyini vurğuladı, qəsəbə bələdiyyələrinin sədrlərinə daha aktiv olmağı, yeni təşəbbüslərlə çıxış etməyi tövsiyə etdi.

Sonra yığıncaqda müzakirə olunan məslələr barədə müvafiq qərarlar qəbul edildi.

Qeyd edək ki, may ayının 18-də Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Yığıncağının keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Mədəniyyət obyektləri

20.05.17 Mədəniyyət müəssisələri

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla