(+99412) 342 68 58 info@absheron-hac.az

Heydər Əliyev və Azərbaycan musiqisi adlı virtual mühazirə. #evdəmədəniyyətimizi yaşadaq

27-04-2020, 18:42 266 video

İyulun 14-ü Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir. 1969-cu ilin həmin günü görkəmli siyasət və dövlət xadimi Heydər Əliyev respublikada hakimiyyətə gəlib. Böyük siyasətçi Heydər Əliyevin sovet Azərbaycanının rəhbəri (Azərbaycan KP MK-nın birinci katibi) seçilməsi, respublika həyatının bütün sahələrində olduğu kimi, mədəni inkişafda da yeni bir mərhələnin başlanğıcı idi. Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın mədəniyyətinin, incəsənətinin tərəqqisi, dunyada tanınması üçün müstəsna xidmətlər göstərib. Bu diqqət və qayğının mühüm bir hissəsi Azərbaycan musiqisinin inkişafı ilə bağlı olub.



Heydər Əliyev xalqımızın dərin köklərə malik olan milli musiqisinin və eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi idi. Milli və professional musiqimizin dünyada tanınması, bəstəkarların, ifaçıların və musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, yaradıcılıq evlərinin tikilməsi, maddi təminatlarının yaxşılaşdırılması, fəxri adlar, orden və medallarla təltif olunması və daha neçə-neçə bu cür əvəzsiz xidmətlər məhz Heydər Əliyevin adı ilə bağlıdır. “Bizdən sonra əməllərimiz qalacaq” deyən müdrik şəxsiyyətin mədəniyyətimizin, o cümlədən musiqimizin himayəsi yönündə gördüyü işləri tarixin yaddaşına köçürmək bizim mənəvi borcumuzdur.

Oxşar xəbərlər

Vəli Axundov

21.05.17 Görkəmli şəxsiyyətləri
Nəbi Xəzri

20.05.17 Görkəmli şəxsiyyətləri

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla