(+99412) 342 68 58 info@absheron-hac.az

Heydər Əliyev və Hüseyn Cavid Taleyi adlı mühazirə

23-04-2020, 17:53 453 video

1982-ci ildə H.Cavidin cənazəsini uzaq Sibirdən gətirməsi və doğma Naxçıvan torpağında dəfn etdirməsi, bu gün Cavidlərin birgə uyuduğu möhtəşəm məqbərənin tikilməsi ulu öndər Heydər Əliyevin böyük qəhrəmanlığı, misilsiz rəşadəti, təkcə Cavidə deyil, ümumən Azərbaycan ədəbiyyatına, bədii-ictimai fikrinə tarixi ehtiramı idi. O, 1995-ci ildə Hüseyn Cavidin məqbərəsinin və ev muzeyinin yaradılmasına həsr edilmiş müşavirədə demişdir: “Bilirsiniz ki, Hüseyn Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün nə qədər dəyərli, əhəmiyyətli olub, onun qoyduğu ədəbi-mənəvi irs bizim üçün nə qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda, onun həyatı faciəli olubdur. Ancaq bu faciəli dövrlər onun yaradıcılığını Azərbaycan xalqının qəlbindən çıxara bilməyib, yaşadıbdır”.

Həqiqətən də, H.Cavid 1937-1957-ci illərdə – siyasi bəraət alana qədər təqribən 20 il Azərbaycan xalqının qəlbində yaşadı. İ.V.Stalinin vəfatından sonra (5 mart 1953) və Sov.İKP XX qurultayında (1956) şəxsiyyətə pərəstişin və onun nəticələrinin ləğv edilməsi haqqında qərardan sonra H.Cavidin zəngin və möhtəşəm yaradıcılığı ədəbi-nəzəri fikrin diqqət mərkəzinə keçdi. 1960-cı ildə akademik Məmməd Cəfərin “Hüseyn Cavid” monoqrafiyası ilə H.Cavid yaradıcılığının tədqiqinin ikinci mərhələsi başlandı. Birinci mərhələ (1920-1937) ədibin həbsi ilə başa çatmış, daha doğrusu, yarımçıq qalmışdı.

Heydər Əliyevin həmin çıxışında tənqidi bir məqam da var: “Biz 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etdik. Bundan sonra bir çox işlər görüldü. Ancaq təəssüf ki, o vaxt qəbul olunan qərarda nəzərdə tutulmuş tədbirlərin bəziləri indiyədək həyata keçirilməyib”. Heydər Əliyev 1981-ci il qərarına böyük önəm verir, fəqət onun vaxtında həyata keçirilməməsinə dönə-dönə təəssüflərini bildirirdi. Ümumən o, bütün fəaliyyətində ardıcıl şəxsiyyət idi, başladığı işi, verdiyi qərarı mütləq axıra çatdırırdı. Ulu öndər 29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışındakı nitqində demişdir: “Mən çox məmnunam, sevinirəm ki, 15 il bundan əvvəl qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də, özümü də bu münasibətlə təbrik edirəm. Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli-mədəni abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, “Mömünə Xatun” abidəsi kimi bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqdır”.

Tarix Heydər Əliyevin böyük uzaqgörənliyini əzmlə təsdiq etdi. Bu gün Naxçıvanda Cavid məqbərəsi xalqın müqəddəs ziyarətgahına çevrilib, xalqımız onu yaradanları dualar və təhsinlərlə yad edir. H.Cavid məqbərəsi həm də ulu Naxçıvanın memarlıq bəzəyi kimi tarixə daxil olu

Oxşar xəbərlər

Məhəmməd Əmin Rəsulzadə

21.05.17 Görkəmli şəxsiyyətləri
Vəli Axundov

21.05.17 Görkəmli şəxsiyyətləri
Ağahüseyn Cavadov

20.05.17 Görkəmli şəxsiyyətləri
Nəbi Xəzri

20.05.17 Görkəmli şəxsiyyətləri

Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla