(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeron rayonunda təşkil edilmiş ödənişsiz kompüter kursunun açılışı olub.

21-05-2017, 23:03 258 tedbirler

Abşeron rayonunda təşkil edilmiş ödənişsiz kompüter kursunun açılışı olub.


Toplantını giriş sözü ilə açan Abşeron rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli layihənin məqsədi haqqında məlumat verərək bildirib ki,rayonda yaşayan şəhid ailələri, əlillər və imkansız ailələrin övladlarına informasiya-kommunikasiya texnologiyaları sahədə biliklərə yiyələnməsinə və məşğulluğunun artırılmasına nail olmaqdır.

Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev layihənin önəmindən və müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının gənclərin fəaliyyətindəki əhəmiyyətindən danışıb: Kursun kecirilmə məqsədinin gənclərin müasir texnologiyalardan istifadəsi sahəsində bilik və bacarıqlarının artırılması və maarifləndirmə işinin gücləndirilməsi olduğunu vurğulayan Ə.Əmirəliyev bildirib ki, Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə hər il düzənlənən bu layihədə 30-ə qədər şəxs yararlana biləcək.

Açılış mərasimində çıxış edən Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi və Abşeron rayon üzrə nümayəndəsi İlham Manafov qeyd edib ki, yaşadığımız müasir dövr dünyada formalaşmaqda olan informasiya cəmiyyətinin prinsip və tələbləri əsasında qurulur. Bu gün elm və təhsil, sosial-iqtisadi, mədəniyyət sahələrində, bir sözlə istənilən sferada innovativ inkişafa nail olmaq, kreativ kadr hazırlığı siyasətini həyata keçirmək, nəhayət, bu cəmiyyətin tamhüquqlu üzvü kimi beynəlxalq aləmə inteqrasiya olunmaq hər bir ölkənin qarşısında duran başlıca vəzifələrdən biridir. Yeni cəmiyyətin vətəndaşı kimi yetişmək üçün gənc nəsil İKT-biliklərini mənimsəməli, müasir texnologiyalardan istifadə bacarığına malik olmalı, bu sahədə mütəmadi olaraq maariflənməli, əldə etdiyi bilikləri tətbiq etməyi və eyni zamanda da aşılamağı bacarmalıdır.

Layihənin rəhbəri və təlimçisi Şamo Əliyev bildirib ki, İKT kursunda kompüterin hissələri (Hardware) haqqında ətraflı məlumat verilcək, kompüterlərə texniki xidmətin göstərilməsi, proqram təminatı (Software) və magistraturaya hazırlıq həyata keçiriləcəkdir.

Daha sonra qonaqların iştirakı ilə kursun İlk dərsi həyata keçirilib.

Abşeron rayonunda təşkil edilmiş ödənişsiz kompüter kursunun açılışı olub.
Abşeron rayonunda təşkil edilmiş ödənişsiz kompüter kursunun açılışı olub.

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla