(+99412) 342 68 58 info@absheron-hac.az

FHN-in Sumqayıt Regional Mərkəzi “ Abşeron mətbuat nümayəndələri ilə dəyirmi masa” keçirmişdir

21-05-2017, 23:01 312 tedbirler

FHN-in Sumqayıt Regional Mərkəzi “ Abşeron mətbuat nümayəndələri ilə dəyirmi masa” keçirmişdir


Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 29 mart 2017-ci il tarixində Abşeron rayon Heydər Əliyev Mərkəzində Abşeron rayon İcra Hakimiyyətinin mətbuat orqanı olan "Abşeron", " Xırdalan", "Abşeron təhsili", "Yeni Abşeron" qəzetlərinin rəhbərləri və əməkdaşlarının iştirakı ilə “Fövqəladə hallarla bağlı əhalinin maarifləndirilməsində mətbuatın rolu” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması, fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi və əhalinin mətbuat vasitəsilə mütəmadi olaraq maarifləndirilməsində yerli KİV-ilə əməkdaşlığın müzakirə edilməsi olmuşdur.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov, “Abşeron” qəzetinin baş redaktoru Elimxan Məhrəliyev, Abşeron informasiya agentliyinin rəhbəri Anar Nağıyev, “Yeni Abşeron” qəzetinin baş redaktoru Şəhla Ağbulud, Novxanı qəsəbə 1 saylı məktəbin müəllimi Məsumə İsayeva çıxış edərək Regional Mərkəzlə rayonun media orqanlarının sıx əlaqəsindən, qəzet və saytlarda daima Regional Mərkəzin keçirdiyi tədbilərin işıqlanmasından, Fövqəladə Hallar Nazirliyinin məlumatlarının yayımlandğını vurğuladılar.

Əhalinin mariflənməsi işində mətbuatın rolunu qənaətbəxş hesab edən FHN Sumqayıt Regional Mərkəzin İctimaiyyətlə əlaqə və təbliğat sektorunun rəhbəri qeyd etdi ki, “Abşeron “ qəzeti- 16, “Abşeron təhsili” qəzeti- 12 dəfə Sumqayıt Regional Mərkəzin tədbir və xəbərdalığını işıqladırıb. Dünya tv, Abşeronxeber.az və Abşeron. Info.az saytları daima bizimlə əməkdaşlıq edir.
Toplantıda Regional Mərkəzin fəaliyyət istiqamətləri, gördüyü işlər, yerli KİV-lərin əhalinin maarifləndirilməsində rolundan danışılmış və gələcəkdə yerli kütləvi informasiya vasitələri ilə əlaqələri qarşılıqlı əməkdaşlıq çərçivəsində daha da genişləndirmək və gücləndirməyə çalışacağı qeyd edilmişdir. Həmçinin bu cür tədbirlərin silsilə olaraq Regional Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli KİV-ilə keçiriləcəyi diqqətə çatdırılmışdır.

Sonda Rayon İcra Hakimiyyətinin və yerli KİV-nin nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, Mərkəzin əməkdaşları tərəfindən jurnalistləri maraqlandıran suallar cavablandırılmış və onlara maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılmışdır.

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla