Abşeron rayon Tarix-Diyarşünaslıq muzeyində “ Bahar ətirli Novruz!” adlı tədbir keçirilib.

Bu gün Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Heydər Əliyev Mərkəzi, rayon Tarix - Diyarşünaslıq Muzeyi və Xırdalan şəhər 11 illik Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı, Xırdalan şəhər 4 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə “ Bahar ətirli Novruz!” adlı tədbir keçirilib.
Tədbirdə Abşeron rayon Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova , mərkəzin bələdçisi Samirə Ramazanova çıxış etdilər. Çıxışçılar Novruz adət - ənənələrindən söz açdılar, xalqımızın milli bayramı böyük həvəslə qarşılamasından , Novruzun təmizlik, paklıq, barışıq bayramı olmasından danışdılar, iştirakçılara səmimi təbriklərini çatdırdılar.
Məktəblilər novruza aid şeirlər səsləndirdilər. Sonda musiqi nömrələri ifa olundu.