Bu gün Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Heydər Əliyev Mərkəzinin, rayon Tarix- Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı, Xırdalan şəhər 11 illik Uşaq Musiqi Məktəbi və Xırdalan 4 saylı orta məktəbin iştirakı ilə novruz çərşənbələrinə həsr olunmuş ” Yel gəldi - il gəldi “ adlı tədbir təşkil edilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova, Tarix- Diyarşünaslıq Muzeyinin direktoru Cəmilə Kərimova çıxış etdilər. Onlar milli bayramımız olan Novruzun milli mənəvi dəyərlərindən , çərşənbələrdə tonqal qalanmasından, küsülülərin barışmasından , ümumilikdə novruzun barışıq, sülh, təmizlik, saflıq, oyanış bayramı olmasından söhbət açdılar. Daha sonra şagirdlərin ifasında novruza aid şeirlər səsləndirildi, novruza həsr olunmuş mahnılar ifa olundu.