Bu gün Abşeron rayon Heydər Əliyev Mərkəzində Tarix-diyarşünaslıq muzeyi və Heydər Əliyev Mərkəzinin ibirgə təşkilatçılığl ilə insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunmuş dəyirmi masa keçirildi
2011-ci ilin dekabrında ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət Planı təsdiq edilmişdir. İnsan hüquqları demək olar ki, bütün ölkələr tərəfindən qəbul edilir. Bu gün Abşeron rayon Heydər Əliyev Mərkəzində Tarix-diyarşünaslıq muzeyi və Heydər Əliyev Mərkəzinin ibirgə təşkilatçılığl ilə insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova açdı . O qeyd etdi ki, insan hüquqlarını qəbul remək hər zaman bu iddiaları irəli sürə bilməsi deməkdir. Çünki mən də sizin kimi insanam.İnsan hüquqları bütün insanların doğuşdan malik olduqları hüquqlardır. Sonra Abşeron rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Cəmilə Kərimova və muzeyin baş fond mühafizi Gülçin Əfəndiyeva çıxış etdi.Onlar da öz çıxışlarında bir daha insan hüquq və azadlıqlarının qorunmasının vacibliyindən danışdılar.Mövzu ətrafında müzakirələr aparılmışdır