Abşeron rayon Heydər Əliyev Mərkəzində Esmira Günəşin Vətən Müharibəsi Şəhidlərinə həsr olunmuş “ Xarıbülbüllər” kitabının təqdimatı keçirildi.

06.12.2022 ci il tarixdə Abşeron RİH -nin dəstəyi, Sumqayıt Regional İdarəsinə tabeli Abşeron rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı , rayon Mədəniyyət Mərkəzi, Mehdiabad Musiqi Məktəbi, Xırdalan şəhər 11 illik musiqi məktəbinin iştirakı ilə Esmira Günəşin Vətən Müharibəsi Şəhidlərinə həsr olunmuş “ Xarıbülbüllər” kitabının təqdimatı keçirildi.
Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şəhid anaları , qazilər, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Çıxış edən şəhid anaları, qazilər 44 günlük vətən müharibəsində Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə Müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıqdan söz açdılar. Bildirdilər ki ,qəhrəman oğullarımızın göstərdiyi şücaət nəticəsində şəhidlərimizin qanı yerdə qalmadı.
Daha sonra Mehdiabad və Xırdalan musiqi məktəblərinin kollektivlərinin ifasında Vətənə həsr olunmuş kompozisiyalar ifa olundu.
Sonda şəhid analarına və qazilərə müəllif tərəfindən kitablar hədiyyə olundu və xatirə şəkli çəkildi.