Nazir müavini Anar Kərimov Abşeron rayonunda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Abşeron rayonunda həmin rayonun sakinlərini qəbul edib.

Müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.

Nazir müavini onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.