Abşeronda Vətən müharibəsi şəhidi Ayaz İmanzadənin mövluduna həsr olunan tədbir keçirildi

24 noyabr tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayonu Heydər Əliyev Mərkəzində Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanı Ayaz Daşqın oğlu İmanzadənin mövlud gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova və rayon ictimayyəti,şəhid ailəri və qazilər iştirak edib.
44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edib. Müzəffər Ali Baş Komandan İlham Əliyev və ordumuz sayəsində Qələbəmizin tarixə qızıl hərflərlə həkk olunduğunu bildirən Gülnarə Rəhimova bu Zəfərin həm də ümumən xalqımızın birlik simvolu olaraq yadda qalacağını vurğulayıb.
Daha sonra şəhid Ayaz İmanzadənin doğmaları və yaxınları çıxış edib, onun həyat və döyüş yolu barədə danışıblar.
Sonra şəhidimizin döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.