17 noyabr - Milli Dirçəliş gününə həsr olunan “Xalqın tarix yazdığı gün” adlı tədbir keçirilib.

17 noyabr - Milli Dirçəliş gününə həsr olunan “Xalqın tarix yazdığı gün” adlı tədbir keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Bakı 18 saylı Peşə liseyinin tələbələrinin iştirakı ilə 17 noyabr - Milli Dirçəliş gününə həsr olunan “Xalqın tarix yazdığı gün” adlı tədbir keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Sonra Mərkəzin baş fond mühafizi Şəlalə Abdullayeva, elmi işçi Sufayi Səlimova və liseyin tələbələrinin çıxışları dinlənilib. Çıxışçılar Azərbaycanın müstəqilliyi, dirçəlişi yolunda xalqın keçdiyi çətin sınaqlardan söz açıb, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 noyabr Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rolundan bəhs ediblər.
Başlanğıcını 1960-cı illərdən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb. Müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub.
Bu gün Heydər Əliyev ideyalarını uğurla davam etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində regionda yeni bir reallıq yaranıb. Bu reallığı isə beynəlxalq nüfuzu günü-gündən güclənən Azərbaycan yaradıb.