Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Heydər Əliyev Mərkəzində 8 noyabr "Zəfər Günü" münasibətilə Xırdalan 2 nömrəli məktəb
4ç sinif şagirdləri və 1 nömrəli Ceyranbatan məktəbinin şagirdləri Mərkəzdə ekskursiyada oldular. Heydər Əliyev Mərkəzinin əməkdaşları Şəlalə Abdullayeva və Nəzakət Yarməmmədova mərkəzdə nümayiş olunan tarixi eksponatlar haqqında qonaqlara ətraflı məlumat verib və onların suallarını cavablandırdılar.