Abşeron rayon Heydər Əliyev Mərkəzində 8 noyabr "Zəfər Günü" münasibətilə silsilə tədbirlər təşkil edilir.

Abşeron rayon Heydər Əliyev Mərkəzində  8 noyabr "Zəfər Günü" münasibətilə silsilə tədbirlər təşkil edilir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Heydər Əliyev Mərkəzində 8 noyabr "Zəfər Günü" münasibətilə silsilə tədbirlər təşkil edilir. 4,5 noyabr tarixlərində müəllim və şagird kollektivinin mərkəzə ekskursiyası baş tutub. Qazilər, Xırdalan şəhər 9 nömrəli orta məktəbin 4c sinif şagirdləri, Xırdalan şəhər 10 nömrəli orta məktəbin 1c və 4g sinif şagirdləri və müəllimləri Şanlı Zəfər Tariximiz münasibətilə keçirilən ekskursiyada iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev Mərkəzinin əməkdaşları Şəlalə Abdullayeva və Nəzakət Yarməmmədova mərkəzdə nümayiş olunan tarixi eksponatlar haqqında qonaqlara ətraflı məlumat verib və onların suallarını cavablandırıb. Tədbirdə Zəfər Tariximiz, Ali Baş Komandan cənab İlham Əliyevin və Şanlı Ordumuzun şücaətindən danışılıb. Məktəblilər ekskursiyada fəal iştirak ediblər. Sonda qazilərlə xatirə şəkili çəkilib və bu ekskursiyaların davamlı olacağı bildirilib.