Abşeronda erkən nikah hallarının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbir keçirildi.

Abşeronda erkən nikah hallarının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbir keçirildi.

Abşeronda erkən nikah hallarının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbir keçirildi.

Abşeronda “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Abşeron RİH-nin əməkdaşlarının, məktəb müəllimləri və psixoloqların, QHT nümayəndləri və Abşerondakı ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştirak edib. “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-nin sədri Fatimə Hacıbəyli, Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova, Respublika Qadınlar Cəmiyyətinin sədr müavini Vəfa Abbasova və digər natiqlər gənclərə erkən nikahların ailə və cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, bu problemlərin ümumilikdə cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə, sosial-iqtisadi inkişafa, insanların həyat və sağlamlığına mənfi təsir göstərdiyini, təhsildən yayınma hallarına və şəxsin cəmiyyətdən təcrid olunmasına gətirib çıxartdığını bildiriblər. Qeyd edilib ki, maarifləndirici layihənin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında ailə institutunu inkişaf etdirmək, ailə dəyərlərinin təbliğini aparmaq, erkən nikahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə təbliğat işləri apararaq yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almaqdır.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladığı fərman və sərəncamların, qəbul edilən dövlət proqramlarının yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar açdığını vurğulayan Abşeron RİH-nin əməkdaşları Elvin Zalov və Şüküfə Məmmədova məktəblilərə Uşaq Hüquqları haqqında Konvensiya və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat veriblər.

Sonda mövzu ilə bağlı müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar paylanılıb.