Abşeronda qida istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Abşeronda qida istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib


Abşeron Rayon İcra Hakimiyyətinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Abșeron rayon Heydər Əliyev Mərkəzində qida istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.

Görüşdə KOBİA-nın, Abşeron Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun, Dövlət Vergi Xidmətinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyasının nümayəndələri, eləcə də 15-dən çox sahibkarlıq subyekti iştirak edib.

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş görüşdə sahibkarların ticarət şəbəkələrinə və maliyyə resurslarına çıxışına, vergi qanunvericiliyinə və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.