(+99412) 342 68 58 info@absheron-hac.az

“Muzeyi Peşəkardan Öyrənək”

31-07-2022, 20:21 1 tedbirler

“Muzeyi Peşəkardan Öyrənək”



MUZEYİ PEŞƏKARDAN ÖYRƏNƏK

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Muzeyi peşəkardan öyrənək” adlı layihəsi çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin direktor müavini Təranə Qurbanova, baş mühafiz Sevinc Əliyeva, şöbə müdiri Nigar Xankişiyeva, aparıcı elmi işçi Raminə Məmmədova Sumqayıt şəhərində olublar. Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıtın Tarixi Muzeyində keçirilən təlim-seminarda idarənin əhatə etdiyi Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Ev Muzeyləri və Heydər Əliyev Mərkəzinin direktorları, fond mühafizləri, elmi işçiləri iştirak ediblər. Ümumilikdə, təlim-seminarda 11 mədəniyyət müəssisəsindən 27 əməkdaş iştirak edib.
Tədbiri giriş sözü ilə açıq elan edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev qonaqları salamlayaraq, tədbir haqqında ətraflı məlumatı təqdim edib. O çıxışında Azərbaycanda bu gün muzey işinin inkişaf etdirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən lazımi tədbirlər görüldüyünü qeyd edərək, muzeylərin respublikamızda zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rolundan danışıb.
Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, “Muzey sahəsində müasir çağırışlar”, “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi-55” təqdimatı, “Dünya muzeyləri”, baş mühafiz Sevinc Əliyeva fond və mühafizə işi, aparıcı elmi işçi Raminə Məmmədova muzeydə tətbiq edilən KAMİS-kompleks avtomatlaşdırılmış muzey informasiya sistemi haqqında çıxış ediblər. Sumqayıtın Tarixi Muzeyinə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşr etdirdiyi elmi nəşrləri – kitablar, notlar, bukletlər və sairə hədiyyə edilib.

“Muzeyi Peşəkardan Öyrənək”
“Muzeyi Peşəkardan Öyrənək”
“Muzeyi Peşəkardan Öyrənək”
“Muzeyi Peşəkardan Öyrənək”
“Muzeyi Peşəkardan Öyrənək”
“Muzeyi Peşəkardan Öyrənək”
“Muzeyi Peşəkardan Öyrənək”

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla