(+99412) 342 68 58 info@absheron-hac.az

Xırdalanda şəhid kapitan Mustafayev Nurlanındoğum günü qeyd edilib.

24-07-2022, 20:23 5 tedbirler

Xırdalanda şəhid kapitan Mustafayev Nurlanındoğum günü qeyd edilib.


Xırdalanda şəhid kapitan Mustafayev Nurlanındoğum günü qeyd edilib.

"Azərbaycan Bayrağı" ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid kapitan Mustafayev Nurlan Hamlet oğlunun 32-ci doğum günü qeyd olunub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri xiyabanda uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib. Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

Şəhid kapitan Mustafayev Nurlan Hamlet oğlunun anım mərasimi Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.

Gülnar Rəhimova bildirib ki, ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onların xatirəsinin əbədiləşdirilməsi, unudulmaması və daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Daha sonra şəhid Nurlan Mustafayevin həyat yoldaşı Günay Mustafayeva, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, din xadimi Rasim Xudaverdiyev, Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları İctimai Birliyinin Abşeron bölməsinin sədri Süleyman Cəfərov və digərləri çıxış edərək Azərbaycanın döyüş meydanında qazandığı Qələbədən, idiglərimizin qəhrəmanlıqlarından, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıblar.

Sonda ölkəmizin incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim edilib.

Xırdalanda şəhid kapitan Mustafayev Nurlanındoğum günü qeyd edilib.
Xırdalanda şəhid kapitan Mustafayev Nurlanındoğum günü qeyd edilib.
Xırdalanda şəhid kapitan Mustafayev Nurlanındoğum günü qeyd edilib.
Xırdalanda şəhid kapitan Mustafayev Nurlanındoğum günü qeyd edilib.
Xırdalanda şəhid kapitan Mustafayev Nurlanındoğum günü qeyd edilib.

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla