(+99412) 342 68 58 info@absheron-hac.az

Abşeron rayon Heydər Əliyev Mərkəzində n “Şəhidlər ölmür” adlı tədbir keçirilib.

31-05-2022, 20:24 46 tedbirler

Abşeron rayon Heydər Əliyev Mərkəzində n “Şəhidlər ölmür” adlı tədbir keçirilib.


Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Abşeron rayon Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində “Füzuli uğrunda”, “Xocavənd uğrunda”, “Qubadlı uğrunda”, ”Şuşa uğrunda” medalları ilə təltif olunan şəhid Babək Allahverdiyevin mövlud gününə həsr olunan “Şəhidlər ölmür” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Daha sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon rəhbərliyi, şəhid anaları, qazilər, din xadimləri çıxış edərkən, Babək Allahverdiyevin həyat və döyüş yolundan, onun döyüşlərdə göstərdiyi şücaətdən bəhs ediblər.
Mədəniyyət nümayəndələrinin iştirakı ilə davam edən tədbirdə şəhidlərə həsr olunan şeirlər və musiqilər səsləndirilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Abşeron rayon Heydər Əliyev Mərkəzində n “Şəhidlər ölmür” adlı tədbir keçirilib.
Abşeron rayon Heydər Əliyev Mərkəzində n “Şəhidlər ölmür” adlı tədbir keçirilib.
Abşeron rayon Heydər Əliyev Mərkəzində n “Şəhidlər ölmür” adlı tədbir keçirilib.
Abşeron rayon Heydər Əliyev Mərkəzində n “Şəhidlər ölmür” adlı tədbir keçirilib.
Abşeron rayon Heydər Əliyev Mərkəzində n “Şəhidlər ölmür” adlı tədbir keçirilib.
Abşeron rayon Heydər Əliyev Mərkəzində n “Şəhidlər ölmür” adlı tədbir keçirilib.
Abşeron rayon Heydər Əliyev Mərkəzində n “Şəhidlər ölmür” adlı tədbir keçirilib.
Abşeron rayon Heydər Əliyev Mərkəzində n “Şəhidlər ölmür” adlı tədbir keçirilib.
Abşeron rayon Heydər Əliyev Mərkəzində n “Şəhidlər ölmür” adlı tədbir keçirilib.

Oxşar xəbərlər


Copyright © 2016 Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Bağla